• Bakı C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Samuxda marketdən oğurluq edən şəxs saxlanıldı

CƏMİYYƏT

18 Yanvar 2026 | 10:31

Samuxda marketdən oğurluq edən şəxs saxlanıldı

Samux rayonunun Lək kəndində yerləşən marketlərdən birindən 2000 manat dəyərində tütün məmulatı oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı Elşad Məmmədov saxlanılıb.

Məlumata görə, onun marketdən oğurluq etməsi təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Şəxsi axtarış zamanı E.Məmmədovdan narkotik vasitə olan marixuana da aşkar edilib.

Faktla bağlı araşdırma davam etdirilir. (Unikal)


SON XƏBƏRLƏR

17 Yanvar 2026