Bu gün Bakının Xəzər rayonunun Bilgəh bağları istiqamətində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Bakıvaxtı.az-a "Azərişıq" ASC-dn məlumat verilib.
Bildirilib ki, səhmdar cəmiyyətinin Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/10/6 kV-luq "Bilgəh" yarımstansiyasında təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 11:00-dan 12:00-dək Bilgəh bağları istiqamətində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bakı 




