• Bakı 11° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

Bu gün işdən 1 saat tez çıxmaq olar

CƏMİYYƏT

19 Mart 2026 | 08:46

Bu gün işdən 1 saat tez çıxmaq olar

Bu gün Azərbaycanda qısa iş günüdür.

Bakıvaxtı.azxəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb.

Belə ki, sabahölkəmizdə Novruz və Ramazan bayramları qeyd olunacaq.

Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Məcəlləyə görə, işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir.

Bundan başqa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Eyni zamanda, əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

Qeyd edək ki, sabahdan Novruz və Ramazan bayramları ilə əlaqədar 11 günlük tətil başlayır. Martın 31-də tətildən sonra ilk iş günüdür.


SON XƏBƏRLƏR

18 Mart 2026