Eyni yerdə saxlananda bir-birini çürüdə bilən məhsullar var və onları düzgün saxlamaq həm təzəliyi qoruyur, həm də israfın qarşısını alır.
Bakıvaxtı.az xəbər verir ki, hər məhsulun ideal saxlama şəraiti fərqlidir:
Pomidor: Soyuducuya qoymayın, dadını itirir. Qaranlıq və sərin yerdə saxlayın.
Kartof: Soyuq deyil, qaranlıqda saxlayın. Soyuqda nişastası şəkərə çevrilir.
Sarımsaq və Soğan: Ayrı qabda, hava alan yerdə saxlayın. Bir yerdə qalsa, tez xarab olur.
Kök: Kağız dəsmala sarıb soyuducunun tərəvəz bölməsində saxlayın, nəm tarazlığını qoruyur.
Yaşıl yarpaqlılar: Yaxşıca qurulayın, kağız dəsmala sarın, bağlı torbada saxlayın.
Limon: Tam halda soyuducuda saxlayın, yarımdırsa streçləyin.
Yumurta: Qapaq hissəsinə deyil, soyuducunun orta rəfinə qoyun ki, istilik sabit qalsın.
Çörək: Dilimləyin, dondurucuya atın, çıxanda təzə kimi olur.
Alma: Soyuducuda digər meyvələrdən ayrı saxlayın, çünki etilen qazı digər meyvələri çürüdür.
Banan: Otaq temperaturunda saxlayın, saplağını streçləyin.
Pendirlər: Hava keçirməyən qabda və ya streçlə saxlayın.
Süd və Qaymaq: Qapaq hissəsində deyil, orta rəflərdə saxlayın.
Bu qaydalara əməl etmək məhsulların ömrünü uzadır və qida dəyərinin qorunmasına kömək edir./Demokrat.az
Bakı 




