ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı bir neçə Avropa Birliyi (AB) ölkəsinə rüsum tətbiq etmək qərarı Avropa və ABŞ-nin yoxsullaşdıra bilər.
Bakıvaxtı.az xəbər verir ki bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
"Rüsumlar Avropanı və ABŞ-ni yoxsullaşdıracaq və ortaq rifahımızı sarsıdacaq", - o, “X” hesabında yazıb.
Qeyd edək ki, Tramp fevral ayından Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyaya 10% rüsum tətbiq edəcəyini, sonradan bunu 25%-ə qədər artırılacağını və ABŞ Qrenlandiyanı almaq üçün müqavilə bağlayana qədər qüvvədə qalacağını açıqlayıb. (Apa)
Bakı 




