• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

“Xalqın dolanışığı çətindir” - Xamenei

DÜNYA

17 Yanvar 2026 | 19:48 | Müəllif: Subhan Mahmudov

“Xalqın dolanışığı çətindir” - Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkədə davam edən iqtisadi böhran və kütləvi etirazlar fonunda xalqın yaşayış şəraitinin ağır olduğunu ilk dəfə etiraf edib.

Bakıvaxtı.az xəbər verir ki, ali lider bu barədə “X” hesabında etdiyi paylaşımda bildirib.

Xamenei dövlət rəsmilərinə müraciət edərək, vəziyyətin düzəldilməsi üçün ciddi tapşırıqlar verib:

“İranda iqtisadi vəziyyət yaxşı deyil, xalqın dolanışığı çətindir. Dövlət məmurları və vəzifəli şəxslər səyləri iki dəfə artırmalı və işə daha ciddi yanaşmalıdırlar. Xüsusilə əsas məhsulların, heyvandarlıq üçün yem və digər zəruri ərzaq mallarının ölkəyə fasiləsiz çatdırılması üçün daha çox işləmək lazımdır”.

Qeyd edək ki, İranda milli valyuta olan rialın kəskin dəyər itirməsi və inflyasiyanın 60%-i keçməsi dekabrın sonundan etibarən ölkə daxilində genişmiqyaslı aksiyalara səbəb olmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026