• Bakı C

    7.27 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

“Ərazi məsələləri müzakirə olunacaq” - Dmitri Peskov

DÜNYA

16 Fevral 2026 | 18:22

“Ərazi məsələləri müzakirə olunacaq” - Dmitri Peskov

“Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında fevralın 17-18-də Cenevrədə keçiriləcək üçtərəfli danışıqların üçüncü raundunda ərazi məsələləri əsas müzakirə mövzusu olacaq”.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kremlin sözçüsü bildirib ki, tərəflər bu dəfə həm ərazilərə, həm də Rusiyanın digər əsas tələblərinə aid olan geniş mövzuları müzakirə etmək niyyətindədirlər.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Cenevrə görüşündə ərazi məsələsinin diqqət mərkəzində olacağını təsdiqləyib.


SON XƏBƏRLƏR