• Bakı C

    7.27 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Hindistanın qərbində 28 məktəb partlayış təhdidi olan məktublar alıb

DÜNYA

16 Fevral 2026 | 19:05

Hindistanın qərbində 28 məktəb partlayış təhdidi olan məktublar alıb

Hindistanın qərbindəki Qucarat ştatının ən böyük şəhərlərində ən azı 28 məktəb partlayış təhdidi olan elektron məktublar alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Economic Times" nəşri məlumat yayıb.

"Qucarat ştatındakı Əhmədabad və Vadodarada ən azı 28 məktəb partlayış təhdidi olan elektron məktublar alıb, bundan sonra kampuslar təxliyə edilib", - nəşr yazıb.

Hadisə fonunda təhlükəsizlik tədbirləri gücləndirilərək elektron məktubların mənbəyini müəyyən etmək üçün araşdırma başladılıb.

Ötən həftə Hindistan paytaxtındakı bir sıra məktəblərə də oxşar partlayış təhdidi olan elektron məktublar göndərilmişdi.


SON XƏBƏRLƏR