Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Nəşr qeyd edib ki, görüş barədə razılıq Rusiya Prezidentinin qazaxıstanlı həmkarı Kasım Jomart-Tokayevlə telefon danışığı zamanı əldə edilib.
Belə ki, Putin mayın sonunda Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitində iştirak edəcək.
Tərəflər həmçinin söhbət zamanı iki ölkə arasındakı münasibətləri, eləcə də birgə iqtisadi-ticarət layihələrini müzakirə ediblər.
Bakı 




