• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Londonda İran səfirliyinin bayrağı yenə endirildi

DÜNYA

17 Yanvar 2026 | 16:31 | Müəllif: Subhan Mahmudov

Londonda İran səfirliyinin bayrağı yenə endirildi

Londonda etirazçılar İran səfirliyinin bayrağını bir həftə ərzində ikinci dəfə endiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Telegraf” məlumat yayıb.

Bildirilib ki, şəhərin Kensinqton rayonunda bir nümayişçi səfirliyin eyvanına qalxaraq bayrağı çıxararaq yerə atıb və üzərində “Şir və Günəş” əks olunmuş şah dövrünün bayrağını qaldırıb.

Məlumata görə, polis nümayişçini həbs edib. Qarşıdurma zamanı bir neçə polis işçisi yüngül xəsarət alıb.

Daha sonra polis ərazidə təhlükəsizliyi artıraraq əlavə həbs əməliyyatları həyata keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR