• Bakı 11° C

    11.07 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Rostovda miqrantlara bu işlərdə çalışmaq qadağan edildi

DÜNYA

16 Fevral 2026 | 16:28

Rostovda miqrantlara bu işlərdə çalışmaq qadağan edildi

Rusiyanın Rostov vilayətində miqrantlara aprelin 1-dən etibarən kuryer və ərzaq mağazalarında satıcı kimi işləmək qadağan ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru fərman imzalayıb.

Qadağa yalnız patanetlə (iş icazəsi) ilə işləyənlərə şamil edilir. Yəni, Avrasiya İqtisadi İttifaqına üzv olan Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan vətəndaşlarına şamil edilməyəcək.

Qeyd edək ki, məlum qadağa Rusiyanın bir sıra regionlarında tətbiq olunub. Bir müddət öncə Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda miqrantlara taksi fəaliyyəti ilə məşğul olmaq qadağan olunmuşdu./APA


SON XƏBƏRLƏR