• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Cəfər Cabbarlının büstü ilə bağlı rəsmi açıqlama

CƏMİYYƏT

17 Yanvar 2026 | 20:30 | Müəllif: Subhan Mahmudov

Cəfər Cabbarlının büstü ilə bağlı rəsmi açıqlama

"Azərbaycanfilm" kinostudiyasında bu il artıq bərpa işlərinin başlanılması planlaşdırılıb. Hazırda kinostudiyada yerləşən Cəfər Cabbarlı heykəlinin bərpası işlərinə Rəssamlıq Akademiyasının mütəxəssisləri cəlb olunurlar. Növbəti mərhələdə abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyası məlumat yayıb.

Bildirilib ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının bazasında "Kinopark" layihəsi inkişaf etdirilir və tezliklə yekunlaşacaq. Nəticədə burada onlarla kinoşirkəti əhatə edən, yüzlərlə insanın çalışacağı məkan formalaşacaq və kino sənayesinin müxtəlif qurumları burada cəmləşəcək.

"Proseslərə dəqiq istiqamət verən Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasıdır. Konsepsiyada audiovizual sənaye mədəni və yaradıcı sənayenin əsas istiqamətlərindən biri kimi müəyyən edilir.

Eyni zamanda konsepsiya çərçivəsində, audiovizual sənayenin inkişafı ilə bağlı dövlət proqramı hazırlanması nəzərdə tutulur.

Bu yanaşma audiovizual sahənin təkcə mədəni deyil, eyni zamanda iqtisadi və ixrac yönümlü sektor kimi inkişafını hədəfləyir", - deyə məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026