• Bakı C

    7.27 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

1 milyon manatlıq dələduzluq etdi - 8 il həbs edildi

CƏMİYYƏT

16 Fevral 2026 | 17:48

1 milyon manatlıq dələduzluq etdi - 8 il həbs edildi

Vətəndaşlara qarşı 1 milyona yaxın dələduzluqda təqsirləndirilən Rövşən Hüseynlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Dövlət ittihamçısı Orxan Mehdiyev məhkəməyə təqsirləndirilən şəxsin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. 

Daha sonra hökm oxunub. 

Hökmə əsasən, Rövşən Hüseynli 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, dövlət ittihamçısı iş üzrə 13 zərərçəkmiş var. 

Qeyd edək ki, R. Hüseynliyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ümumi dəymiş ziyan isə milyon manata yaxındır.


SON XƏBƏRLƏR