• Bakı C

    8.17 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Naxçıvanda "KIA" avtobusla toqquşdu - Xəsarət alanlar var

HADİSƏ

17 Yanvar 2026 | 16:06

Naxçıvanda KIA avtobusla toqquşdu - Xəsarət alanlar var

Naxçıvan şəhərində baş verən qəzada 3 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan şəhərinin Xətai məhəlləsində baş verən qəzada "KIA" markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrut toqquşub.

Qəza zamanı Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Abdullayeva Təhminə Qəhraman qızı, 1987-ci il təvəllüdlü Qafarova lamjyə Rüfət qızı və 1981-ci il təvəllüdlü Vəliyeva Vəfa Hüseyn qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının acil şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.


SON XƏBƏRLƏR

16 Yanvar 2026