• Bakı C

    3.67 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Sükan arxasında oyun oynayan sürücü cəzalandırıldı - VİDEO

CƏMİYYƏT

17 Yanvar 2026 | 19:20

Sükan arxasında oyun oynayan sürücü cəzalandırıldı - VİDEO

Sosial şəbəkə və bəzi saytlarda yayılan görüntülərdə Bakıdan Gəncəyə yola düşən avtobusda sürücü yol boyu dəfələrlə sükanı buraxaraq hər iki əli ilə mobil telefonda oyun oynadığı görüntüləri yayılıb.

Yayılan görüntülərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bakıvaxtı.az-a verilən məlumata görə Yanvarın 15-də Bakıdan Gəncəyə gedən avtobusun sürücüsünün hər iki əlini sükandan buraxaraq mobil telefonda oyun oynamağı ilə bağlı yayılan görüntü ilə əlaqədar AYNA-da araşdırma aparılıb. 

"Məlum olub ki,  "Uğurlu yol" MMC-yə məxsus 77-JK-411 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Namiq Cənnətovdur. Yol verdiyi kobud qayda pozuntusuna görə sürücü daşıyıcı şirkət tərəfindən artıq işdən çıxarılıb. Qeyd edək ki, həmin sürücünün gələcəkdə digər marşrutlarda işlə təmin olunması məqsədəuyğun hesab edilmədiyindən, bütün daşıyıcılar bu barədə məlumatlandırılıb və onlara sərnişindaşıma norma və qaydalarına riayət edilməsi barədə bir daha tapşırıq verilib", - deyə məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

16 Yanvar 2026