• Bakı 11° C

    11.07 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri təqdim edildi - FOTO

    CƏMİYYƏT

    16 Fevral 2026 | 16:38

    Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri təqdim edildi - FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu il əlilliyi olan daha 130-dan çox şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib.

    Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, onlara mühərrikli təkərli oturacaq, açıq və qapalı məkanda, sanitar-təchizatlı təkərli oturacaq, statik vertikalizator, əsa, dirsəkaltı və qoltuqaltı ağac, dördayaqlı dayaq vasitəsi, hopdurucu bez və s. olmaqla ümumilikdə 5500-dək reabilitasiya vasitəsi verilib.

    Qeyd edək ki, ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin, yaxud yaxınlarının Bakıya, agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gələ bilmək imkanı olmayan əlilliyi olan şəxslərə həmin vasitələr evlərinə aparılaraq təqdim olunur.


    SON XƏBƏRLƏR