• Bakı 14° C

    1.94 m/s

Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB

CƏMİYYƏT

18 Yanvar 2026 | 09:47 | Müəllif: Zeynəb Rzayeva

Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhədində, Ağsu rayonu ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib .

Verilən xəbərə görə, yerli vaxtla saat 07.56-da baş verən zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

    Zəlzələnin ocağı 4 km dərinlikdə yerləşib.

    ***

    09:07

    Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

      Məlumata görə, zəlzələ yerli vaxtla saat 07.56-da baş verib. 3,7 maqnitudalı zəlzələ ocağının dərinliyi 9 kilometr olub. 

      Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR