• Bakı 12° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

DYP yük avtomobillərinin sürücülərinə çağırış etdi - VİDEO

CƏMİYYƏT

17 Fevral 2026 | 09:06

DYP yük avtomobillərinin sürücülərinə çağırış etdi - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə çağırış edib.

Bakıvaxtı.az xəbər verir ki, müraciətdə yük avtomobillərinin sürücüləri tərəfindən yol verilən xətaların ciddi narahatlıq doğurduğu bildirilib.

Qeyd olunub ki, sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sağ zolaq boş olduğu halda sol hərəkət zolağına yerləşərək arxadan gələn nəqliyyat axınına yol verilməməsi kimi kobud qayda pozuntuları digər sürücülərin haqlı narazılığına səbəb olmaqla yanaşı, həm də ciddi qəza riski yaradır:

"Nasaz avtomobillərin istismarı, avtomobilin yorğun, yuxusuz halda idarə olunması, yükün düzgün qablaşdırılmaması, sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol verilməsi, yol kənarında qanunsuz parklanma halları da yük avtomobillərinin sürücüləri tərəfindən ən çox törədilən qayda pozuntularıdır".

Mürciətdə vurğulanıb ki, avtomagistrallarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz belə qayda pozuntuları səbəbindən baş verir:

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha yük avtomobillərinin sürücülərinə müraciət edərək, onları sadalanan qayda pozuntularından çəkinməyə, digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa, yüksək peşəkarlıq nümunəsi göstərməklə sürücülük mədəniyyətinə töhfə verməyə çağırır".

 


SON XƏBƏRLƏR

16 Fevral 2026