Danimarkada minlərlə etirazçı ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək planlarına qarşı küçələrə çıxaraq etirazlarını bildirib.
Bakıvaxtı.az xəbər veribr ki, bu barədə yerli "Politiken" nəşri məlumat yayıb.
Aksiyalar Danimarkanın ikinci ən böyük şəhəri olan Orxusda keçirilib, mitinqdə həmçinin Qrenlandiya sakinləri və fəallar iştirak ediblər. Qəzetin məlumatına görə, etirazda təxminən 8 min nəfər iştirak edib.
Mitinqdə çıxış edənlər bildiriblər ki, adanın gələcəyi onun öz xalqı tərəfindən müəyyən edilməlidir. Həmçinin vurğulanıb ki, Danimarka heç vaxt öz ərazisini siyasi məqsədlər üçün verməyəcək.
Bakı 




