• Bakı C

    3.67 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Növbəti iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

HADİSƏ

17 Yanvar 2026 | 16:46

Növbəti iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 18-19-da güclü külək əsəcək.

Bakıvaxtı.az xəbər verir ki, gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib.

Gəncə, Naftalan, Samux, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xızı, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı,Salyan, Neftçala, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


SON XƏBƏRLƏR

16 Yanvar 2026