• Bakı 11° C

    11.07 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Cəlilabadda qətl: saxlanılan var - YENİLƏNİB

HADİSƏ

16 Fevral 2026 | 16:41

Cəlilabadda qətl: saxlanılan var - YENİLƏNİB

Fevralın 16-da Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir. İlkin araşdırmalarla 2002-ci il təvəllüdlü İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

***

15:27

Cəlilabadda qətl olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu gün saat 13 radələrində Cəlilabad rayonunda 52 yaşlı Azər Baxşiyev kəsici alətlə aldığı xəsarətdən xəstəxanada ölüb. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırma aparılır.


SON XƏBƏRLƏR