Ermənistanda İran səfirliyi qarşısında etiraz aksiyası keçirilir.
Bakıvaxtı.az erməni mətbuatına görə, aksiya zamanı polis iştirakçıların Göy məscid istiqamətində yürüşünə icazə verməyib. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə 7 nəfər inzibati qaydada saxlanılıb.
Mitinq və yürüş 15 yanvar tarixli meriya qərarı ilə razılaşdırılıb. Polis aksiyanın dayandırılmasını tələb edib, güc və xüsusi vasitələrdən istifadə edilə biləcəyi barədə xəbərdarlıq edib.
***15:23
Ermənistanda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı polis iştirakçıların Göy məscid istiqamətində yürüşünə icazə verməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb.
Aksiya iştirakçıları bildiriblər ki, mitinq və yürüş 15 yanvar tarixli meriya qərarı ilə razılaşdırılıb. Onların sözlərinə görə, yürüşün bir hissəsi dünən İran səfirinin “təhdidləri”ndən sonra ləğv edilib.
Buna etiraz olaraq iştirakçılar oturaq etiraz aksiyasına başlayıblar. Polis aksiyanın dayandırılmasını tələb edib, güc və xüsusi vasitələrdən istifadə edilə biləcəyi barədə xəbərdarlıq edib.
Hadisə yerində vəziyyət gərgin olaraq qalır.
Bakı 




