• Bakı C

    3.67 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

“ChatGPT” birbaşa beyinə qoşula bilər: Gələcəyin texnologiyası açıqlanır

MULTİMEDİA

17 Yanvar 2026 | 17:42

“ChatGPT” birbaşa beyinə qoşula bilər: Gələcəyin texnologiyası açıqlanır

"ChatGPT" adlı məşhur çatbotu yaradan "OpenAI" şirkətinin baş icraçı direktoru Sem Altman süni intellektin insan beyni ilə birbaşa əlaqələndirilməsi imkanlarını nəzərdə tutan yeni bir təşəbbüsdən bəhs edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Merge Labs" şirkəti açıqlama yayıb.

Bildirilir ki, şirkət tamamilə yeni nəsil beyin-kompüter interfeysi üzərində çalışır. Layihənin əsas məqsədi cərrahi əməliyyatlara ehtiyacı aradan qaldırmaqdır.

Hazırlanacaq texnologiya çiplərin birbaşa baş beyninə implantasiya olunmasını tələb etməyəcək. Elektrodlar əvəzinə xüsusi molekullar neyronlarla əlaqə yaradacaq, məlumatların ötürülməsi və qəbulu isə ultrasəs texnologiyası vasitəsilə həyata keçiriləcək. /Milli.az


SON XƏBƏRLƏR

16 Yanvar 2026