• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Argentina Qəzza Sülh Şurasına qoşula bilər

DÜNYA

18 Yanvar 2026 | 09:41 | Müəllif: Zeynəb Rzayeva

Argentina Qəzza Sülh Şurasına qoşula bilər

ABŞ Prezidenti Donald Tramp Argentinanı Qəzza Sülh Şurasının həmtəsisçilərindən olmağa dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin Prezidenti Xavyer Miley "X" sosial media platformasında məlumat verib.

Miley qeyd edib ki, Şurada iştirak etmək böyük məsuliyyət və şərəfdir.

O əlavə edib ki, bu təşkilatın məqsədi silahlı münaqişənin bürüdüyü bölgələrdə sülh yolu ilə həlli təmin etməkdir. Qəzza zolağı Şuranın ilk sınağı olmalıdır.

Qeyd edək ki, daha əvvəl Tramp oxşar təklifləri Kanada, Misir və Türkiyə liderlərinə göndərib. Kanada Baş naziri Mayl Karni artıq bu təklifi qəbul edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR