• Bakı 14° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Epşteyn işi: Hillari Klinton Trampı ittiham edir

DÜNYA

17 Fevral 2026 | 08:16

Epşteyn işi: Hillari Klinton Trampı ittiham edir

ABŞ siyasətçisi, keçmiş dövlət katibi Hillari Klinton “Epşteyn işi” ilə bağlı Tramp administrasiyasını ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, o, BBC-yə verdiyi müsahibədə prezident Donald Trampı bu həssas faylların ört-basdır edilməsini təşkil etməkdə günahlandırıb:

"Bu faylları yayımlayın. Onların yayılması prosesi uzanır. Biz düşünürük ki, hər şeyi açıq şəkildə etmək daha yaxşı olardı. Mən istəyirəm ki, hamıya eyni münasibət göstərilsin”.

Keçmiş dövlət katibi iddia edib ki, o və ərinin gizlədəcək bir şeyi yoxdur:

 “Biz dəfələrlə bu sənədlərin tam açıqlanmasını xahiş etmişik”.

H.Klinton bildirib ki, Ceffri Epşteynlə heç bir əhəmiyyətli əlaqəsi olmayıb, heç vaxt onun təyyarəsində uçmayıb və heç vaxt onun adasına baş çəkməyib. Bununla belə, o, cinsi istismarda ittiham olunaraq məhkum edilmiş, Epşteynin əlatılarından sayılan Ghislaine Maxwell ilə bir neçə dəfə görüşdüyünü etiraf edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

16 Fevral 2026