• Bakı 12° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

Rusiyanın İrana yardımı davam edəcək 

DÜNYA

19 Mart 2026 | 06:11

Rusiyanın İrana yardımı davam edəcək 

Rusiya humanitar yardım və tibbi ləvazimatlar da daxil olmaqla, İrana dəstəyini davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirərək, Moskvanın ciddi çətinliklərlə üzləşən İran xalqına bundan sonra da kömək etmək niyyətində olduğunu qeyd edib.

Onun sözlərinə görə, bundan əvvəl Tehran təcili olaraq dərman təchizatı xahişi ilə Rusiyaya müraciət edib və Moskva İrana çatdırılmaq məqsədilə Azərbaycan vasitəsilə 13 tondan çox dərman göndərib. Yük Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi ilə İran sərhədi yaxınlığındakı Lənkəran hava limanına çatdırılıb və İran nümayəndələrinə təhvil verilib.

Zaxarova, həmçinin vurğulayıb ki, İrana edilən zərbələr artıq Tehran bölgəsində ətraf mühitin çirklənməsi də daxil olmaqla ciddi ekoloji nəticələrə gətirib çıxarıb. M.Zaxarova bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı tənəffüs yolları xəstəlikləri, dəri və göz zədələnməsinin artması ilə müşayiət olunan epidemioloji vəziyyətin pisləşməsini müşahidə edir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, neft məhsulları, məhv edilmiş texnika və digər zəhərli maddələrin yaratdığı çirklənmə istixana qazı tullantılarının artmasına səbəb ola bilər. Bu da təkcə İrana deyil, bütün Yaxın Şərq regionuna mənfi təsir göstərəcək


SON XƏBƏRLƏR

18 Mart 2026