Avropa ABŞ və İsraili İrana qarşı müharibəyə son qoymağa çağırmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığında deyib.
"Hörmüz boğazında naviqasiyanın pozulması ABŞ və sionist rejim (İsrail – red.) tərəfindən tətbiq edilən müharibənin nəticəsidir. Əgər Avropa Birliyi və Avropa ölkələri həqiqətən də regionda sülh və təhlükəsizlikdən narahatdırlarsa, məsuliyyətsiz mövqelərini ifadə etmək əvəzinə, təcavüzkarlara təzyiq göstərməli və İran xalqına qarşı hərbi təcavüzə son qoymağa çalışmalıdırlar", - deyə Arakçı bildirib.
Bakı 




