• Bakı C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

İran dünyanın ən böyük qaz-kondensat kompleksini vurdu

DÜNYA

19 Mart 2026 | 01:01

İran dünyanın ən böyük qaz-kondensat kompleksini vurdu

Qətərin Ras Laffan sənaye kompleksi axşam saatlarında raket hücumuna məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qatar Energy” şirkətindən bildirilib.

Qeyd olunub ki, hücum nəticəsində yaranan yanğınların qarşısını almaq üçün qüvvələr səfərbər olunub. Hadisə nəticəsində ərazidəki tikililərə ciddi ziyan dəyib.

Qətərin Xarici İşlər Nazirliyi İran tərəfindən kompleksin hədəf alınmasını kəskin pisləyib. Qurum hücumu təhlükəli eskalasiya, dövlətin suverenliyinin açıq şəkildə pozulması, milli təhlükəsizlik və regional sabitliyə birbaşa təhdid kimi qiymətləndirib.

Nazirliyin bəyanatında, həmçinin qeyd edilib ki, Qətər dövləti dəfələrlə mülki obyektlərin və enerji infrastrukturlarının, o cümlədən İran İslam Respublikasının ərazisində yerləşən obyektlərin hədəf alınmamasının vacibliyini vurğulayıb.


SON XƏBƏRLƏR

18 Mart 2026