• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Mirziyoyev bu gün ABŞ-yə səfər edəcək

DÜNYA

17 Fevral 2026 | 09:39

Mirziyoyev bu gün ABŞ-yə səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev fevralın 17-19-da Vaşinqtona işgüzar səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, o, Sülh Şurasının inauqurasiya iclasında iştirak etmək üçün ABŞ-yə gedir.

Səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə təşkil edilib.

Proqram çərçivəsində Mirziyoyevin strateji layihələrin təqdimatında və ABŞ-nin aparıcı şirkətlərinin və maliyyə institutlarının rəhbərlərinin iştirakı ilə iqtisadi sahədə ikitərəfli sənədlərin imzalanması mərasimində iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, Sülh Şurası ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılıb. Özbəkistan bu ilin yanvarında İsveçrənin Davos şəhərində təsisçi dövlət qismində Şuraya qoşulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026