• Bakı C

    6.52 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Əraqçi İran və İraq arasında ticarət imkanlarından danışdı

DÜNYA

18 Yanvar 2026 | 18:29

Əraqçi İran və İraq arasında ticarət imkanlarından danışdı

İran və İraq arasında ticarətin inkişaf etdirilməsi üçün böyük imkanlar və potensiallar mövcuddur.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Tehranda İraq xarici işlər naziri Fuad Hüseynlə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün İran və İraq arasında ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyi haqda danışıqlar aparılıb.

Əraqçi bildirib ki, hazırda iki ölkənin birgə sərhədləri müxtəlif iqtisadi, ictimai və siyasi sahələrdə dostluq və əməkdaşlıq sərhədlərinə çevrilib və iki ölkə arasında qarşılıqlı dərk mövcuddur.

İranlı nazir qeyd edib ki, İran İraqın regional diplomatiyada inkişaf etməkdə olan rolunu müsbət qarşılayır və regional danışıqlar vasitəsi ilə problemlərin həlli istiqamətində öz hazırlığını elan edir.

Əraqçi İranla həmrəylik və dəstəyini ifadə etdiyi üçün İraq hökumətinə öz təşəkkürünü bildirib və iki ölkə münasibətlərin inkişafından məmnun qaldığını qeyd edib.

Qeyd edək ki, İraq xarici işlər naziri Fuad Hüseyn bu gün İrana səfər edib./Trend


SON XƏBƏRLƏR

17 Yanvar 2026