• Bakı C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Evlərdən oğurluq edən şəxs saxlanıldı

HADİSƏ

18 Yanvar 2026 | 16:05

Evlərdən oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib.

DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Bayramov saxlanılıb. Ondan həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

17 Yanvar 2026