• Bakı C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

İsrail ABŞ-nin bu qərarına etiraz etdi

DÜNYA

18 Yanvar 2026 | 15:18

İsrail ABŞ-nin bu qərarına etiraz etdi

İsrail Baş naziri Benyamin Netanyahunun ofisi Qəzza zolağı üçün Milli İdarəetmə Komitəsinin tərkibini tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, ofisin yaydığı açıqlamanı The Times of Israel dərc edib: "Sülh Şurasına tabe olan Qəzza zolağı üçün icra şurasının tərkibi İsrail ilə razılaşdırılmayıb və onun siyasətinə ziddir".

Ofis həmçinin əlavə edib ki, Netanyahu İsrailin xarici işlər naziri Gideon Samara ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar zamanı İsrailin Milli Komitənin tərkibi ilə razılaşmaması məsələsini qaldırmağı tapşırıb.

İsrail komitəyə Türkiyə və Qətərin daxil edilməsinə qarşıdır. Komitədə Türkiyəni xarici işlər naziri Hakan Fidan, Qətəri isə yüksək vəzifəli diplomat Əli Tavadi təmsil edəcək.

Bildirilir ki, Milli Komitə rəsmi olaraq Trampın sədrlik etdiyi və dünya liderlərini özündə birləşdirən Sülh Şurasına hesabat versə də, icra komitəsi Qəzzanın müharibədən sonrakı idarəçiliyinə birbaşa nəzarət edəcək. Beləliklə, o, daha simvolik Sülh Şurasından fərqli olaraq həlledici rol oynayacaq./Milli.Az


SON XƏBƏRLƏR

17 Yanvar 2026