• Bakı 14° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Rusiya Dəmir Yolları müflis olmaq həddinə çatıb

DÜNYA

17 Fevral 2026 | 11:21

Rusiya Dəmir Yolları müflis olmaq həddinə çatıb

Rusiya Dəmir Yolları ASC müflis olmaq dərəcəsinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Moscow Times“ məlumat yayıb.

Nəşrin məlumatına görə, hökumət 1 mart 2026-cı ildən etibarən Rusiya Dəmir Yollarını dəstəkləmək məqsədilə dəmir yolu tariflərini plandankənar şəkildə artırır.

Təxminən 4 trilyon rubl borcu olan şirkət üçün bu addım maliyyə dəstəyi kimi qiymətləndirilir.

Tariflərin artırılması ilə yükdaşımalar 1% bahalaşacaq ki, bunun da şirkətə təxminən 22 milyard rubl əlavə gəlir gətirəcəyi gözlənilir.

İqtisadçıların məlumatına görə, Ukraynada müharibə başlayandan bəri şirkət yükdaşımaların 14%-ni itirib və dövlətdən 200 milyard rubl yardım istəsə də, yalnız 65 milyard rubl ala bilib. Maliyyə çətinlikləri fonunda şirkət investisiyaları azaldır, aktivlərini satışa çıxarır və vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün xərcləri ixtisar edir./APA 


SON XƏBƏRLƏR

16 Fevral 2026