Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar aparmaq üçün Cenevrəyə səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, nümayəndə heyətinin Moskvadan uçuşu doqquz saat davam edib və marşrut dost olmayan ölkələrdən keçib.
Danışıqların təşkili regional vəziyyətin yumşaldılması istiqamətində yeni diplomatik cəhd kimi qiymətləndirilir.
Görüşün detalları və gündəliyi barədə əlavə məlumatın daha sonra açıqlanacağı gözlənilir.
Əli Hüseynov
Bakı 




