Polşa sovet dövründə törədilmiş cinayətlərə görə Rusiyadan təzminat tələb edən məhkəmə iddiası hazırlayır. Təşəbbüs Baş nazir Donald Tuskun tapşırığı ilə həyata keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Polşa İkinci Dünya müharibəsi dövründə törədilmiş cinayətlərə görə Almaniyadan tələb etdiyi kimi, Rusiyadan da 1,3 trilyon avro məbləğində təzminat tələb etməyi planlaşdırır.
Donald Tuskun Rusiyanın tarixi cinayətlərini araşdırmağı tapşırdığı institutun direktoru Bartoş Qondek bildirib ki, aparılacaq araşdırma nasistlərin cinayətləri ilə bağlı gördüyü işdən daha genişmiqyaslı olacaq. Tədqiqatçının sözlərinə görə, Polşanın SSRİ-nin təsiri altında qaldığı Soyuq müharibənin dörd onillikdən artıq dövrü də nəzərə alınacaq.
Qondek qeyd edib ki, təxminən 10 polşalı tarixçidən ibarət komanda Almaniyadan təzminatın hesablanması zamanı üzləşdiklərindən daha ciddi maneələrlə qarşılaşır və bu araşdırmanı “uzunmüddətli layihə” adlandırıb. O vurğulayıb ki, Polşa tarixçilərinin Rusiya arxivlərinə çıxışı yoxdur, üstəlik sovet dövründə bir çox sənəd saxtalaşdırılıb və ya məhv edilib.Teleqraf
Bakı 




