"ABŞ-nin Qrenlandiyaya mümkün müdaxiləsi Rusiya Prezidenti Vladimir Putini dünyanın ən xoşbəxt insanı edəcək".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançez "La Vanguardia" qəzetinə verdiyi müsahibədə bildirib.
Sançezin sözlərinə görə, ABŞ-nin Danimarkaya məxsus bu böyük Arktika adasına qarşı hər hansı bir hərbi əməliyyatı NATO-ya zərər verər və Rusiyanın Ukraynaya müdaxiləsini qanuniləşdirəcək.
“Əgər biz Qrenlandiyaya diqqət yetirsək, deməliyəm ki, ABŞ-nin bu əraziyə müdaxiləsi Putini dünyanın ən xoşbəxt insanı edəcək. Niyə? Çünki bu, onun Ukraynaya müdaxiləsini qanuniləşdirəcək. Əgər ABŞ güc tətbiq edərsə, bu, NATO üçün ölüm hökmü olacaq. Putin ikiqat xoşbəxt olacaq", - deyə Sançez qeyd edib.
Bakı 




