• Bakı C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

10 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarıldı - FOTO

HADİSƏ

18 Yanvar 2026 | 15:01

10 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarıldı - FOTO

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb. Ondan 9 kiloqram 955 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

17 Yanvar 2026