Neftçala rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə rayonun Bankə qəsəbəsində keçirilən ad günü məclisində baş verib.
Həmin tədbirdə iştirak edən 5 qohum gecə saatlarında qidadan zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




