• Bakı 8° C

    0.47 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Lənkəranda balıqçı dənizdə BOĞULDU

HADİSƏ

16 Fevral 2026 | 23:36 | Müəllif: Subhan Mahmudov

Lənkəranda balıqçı dənizdə BOĞULDU

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Aşağı Nüvədi kəndi ərazisində baş verib. 1967-ci il təvəllüdlü Məmməd Quliyev balıq tutmaq məqsədi ilə Xəzər dənizinin Lənkəran sahilinə gedib. İlkin məlumata görə, o, dənizdə boğularaq həyatını itirib.

Hadisə barədə məlumat daxil olduqdan sonra aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub. Meyit sudan çıxarılaraq müvafiq qaydada təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026