q
  • Bakı 15° C

    6.96 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Biləsuvarda evlərdən oğurluq edən şəxs saxlanıldı

HADİSƏ

17 Fevral 2026 | 11:24

Biləsuvarda evlərdən oğurluq edən şəxs saxlanıldı

Biləsuvar rayonunda yaşayış evlərindən birindən 1100 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmasında şübhəli bilinən şəxs tutulub.

Bakıvaxtı.az-ın məlumatına görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Tacəddin Mansurov saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində daha 6 evdən oğurluq etdiyi müəyyən olunub.

Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir./Report


SON XƏBƏRLƏR

16 Aprel 2026