• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İşə düzəltmək vədi ilə dələduzluq etdi - Saxlanıldı 

HADİSƏ

17 Fevral 2026 | 10:20

İşə düzəltmək vədi ilə dələduzluq etdi - Saxlanıldı

Naxçıvanda işə düzəltmək vədi ilə dələduzluq edən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvanda vətəndaşları işlə təmin etmək vədi ilə aldadaraq pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı Əsgər Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Quliyev özünü "Tural" adı ilə müxtəlif qurumlarla əlaqəli şəxs kimi təqdim edərək işlə təmin olunma vədi verib. Bu yolla o, vətəndaşlardan ümumilikdə 12000 manata yaxın pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd olunan əməllərdən zərər çəkmiş digər vətəndaşlar varsa, ərazi üzrə polis orqanlarına müraciət edə və ya "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.


İşə düzəltmək vədi ilə dələduzluq etdi - Saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026