• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Cənubi Koreya ordusuna "yırtıcı" raket təhvil verilib

DÜNYA

18 Yanvar 2026 | 13:56 | Müəllif: Zeynəb Rzayeva

Cənubi Koreya ordusuna "yırtıcı" raket təhvil verilib

Cənubi Koreya Silahlı Qüvvələri 2025-ci ilin sonlarında bunkerlərin məhv edilməsi üçün nəzərdə tutulmuş, ölçülərinə və dağıdıcı gücünə görə "yırtıcı" adlandırılan güclü "Hyunmu-5" ballistik raketlərini silahlanmaya qəbul etməyə başlayıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Yonhap" agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

"Yer-yer" tipli raketin döyüş başlığının çəkisi 8 tona çatır. "Hyunmu-5" raketlərinin qoşunlara tam şəkildə təhvil verilməsi 2030-cu ilə qədər başa çatdırılmalıdır.

"Hyunmu-5" ilk dəfə 2023-cü ildə Cənubi Koreya Silahlı Qüvvələr Günü münasibətilə keçirilən paradda ictimaiyyətə təqdim edilib, lakin onun taktiki-texniki xüsusiyyətlərinin böyük hissəsi hələ də məxfi saxlanılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026