• Bakı C

    6.52 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Makron və Əl-Şaraa arasında telefon danışığı oldu 

DÜNYA

18 Yanvar 2026 | 18:46

Makron və Əl-Şaraa arasında telefon danışığı oldu 

Fransa Prezidenti Emmanuel Makron suriyalı həmkarı Əhməd Əl-Şaraa ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Makron "X"də paylaşım edib.

"Bu gün səhər Suriyanın Prezidenti ilə danışdım. Ona Suriyada gərginliyin artması və ölkə hakimiyyəti tərəfindən həyata keçirilən hücumların davam etməsi ilə bağlı narahatlığımızı bildirdim.

Daimi atəşkəsin təmin olunması vacibdir və ötən ilin martında əldə olunmuş razılaşmalar əsasında "Suriya Demokratik Qüvvələri"nin (SDQ) dövlətə inteqrasiyası barədə sazişə nail olunmalıdır. Söhbət Suriyanın birliyi və sabitliyindən gedir", – Fransa lideri vurğulayıb.


SON XƏBƏRLƏR

17 Yanvar 2026