"İranda 800 nəfərin edam edilməsi ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi həftəlik mətbuat konfransında bildirib.
Bəqayi beynəlxalq səviyyədə İrana qarşı mənfi atmosfer formalaşdıran tərəfləri kəskin tənqid edib. O bildirib ki, bəzi qüvvələr qeyri-məsuliyyətli şəkildə yalan məlumatları beynəlxalq ictimaiyyətə ötürürlər:
"Bizim üçün də sual doğurur ki, bu məlumatları beynəlxalq səviyyəyə çıxaranlar kimlərdir və niyə bu qədər qeyri-məsuliyyətli davranırlar? Son hadisələrlə bağlı İrana qarşı çoxsaylı saxta məlumatlar yayılıb və beynəlxalq ictimaiyyətə təqdim olunub".
Bakı 




