• Bakı C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

İstanbulda qar fırtınası: Uçuşlar ləğv edildi

DÜNYA

18 Yanvar 2026 | 20:13

İstanbulda qar fırtınası: Uçuşlar ləğv edildi

İstanbulun bütün rayonlarına mövsümün ilk güclü qarı yağıb.

Bakıvaxtı.az xəbər verir ki, bazar günü günortadan sonra şəhərin əksər əraziləri ağ örpəyə bürünüb.

Qar güclü küləklə müşayiət olunur. Sinoptiklər hər kvadratmetrə 3-7 kq qar yağacağını proqnozlaşdırırlar. Onlar nəqliyyatda mümkün fasilələr barədə xəbərdarlıq edirlər.

Fırtına İstanbulun şərqindəki Sabiha Gökçen Hava Limanında 38 uçuşun ləğvinə səbəb olub.

Türkiyənin Meteorologiya Baş İdarəsi bazar və bazar ertəsi günləri Mərmərə dənizi yaxınlığında saatda 75 km-ə qədər sürətlə qasırğa gücündə külək təhlükəsi barədə xəbərdarlıq edib./Oxu.Az


SON XƏBƏRLƏR

17 Yanvar 2026