• Bakı 19° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Trampdan "HƏMAS"a xəbərdarlıq: "Hakimiyyəti ötürməkdən imtina edərsə, tamamilə məhv olunacaq"

DÜNYA

05 Oktyabr 2025 | 19:39

Trampdan HƏMASa xəbərdarlıq: Hakimiyyəti ötürməkdən imtina edərsə, tamamilə məhv olunacaq

ABŞ prezidenti Donald Tramp bildirib ki, Fələstinin HƏMAS hərəkatı onun nümayəndələri Qəzza zolağında hakimiyyəti ötürməkdən imtina edərsə, tamamilə məhv olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, Amerika lideri CNN telekanalına müsahibəsində aparıcının Fələstin anklavında hakimiyyəti saxlamaqda israrlı olsa, radikal təşkilatı nə gözləyir sualına cavabında deyib: "Tamamilə məhv olunacaq".

Sentyabrın 29-da Ağ Ev Trampın Qəzzadakı münaqişənin həlli ilə bağlı hərtərəfli planını açıqlayıb.

Sənəd 20 bənddən ibarətdir. O, digər məsələlərlə yanaşı, anklavda müvəqqəti xarici idarəetmənin tətbiqini və orada beynəlxalq qüvvələrin yerləşdirilməsini təmin edir. İsrail bu planla razılaşdığını açıqlayıb.

Oktyabrın 3-də HƏMAS ABŞ prezidentinin təklifinə cavabını vasitəçilərə təqdim edib. Hərəkat bütün yaşayan israilli girovları azad etməyə və ölənlərin cəsədlərini təhvil verməyə hazır olduğunu bildirib.

Bununla belə, HƏMAS siyasi bürosunun üzvü Musa Əbu Mərzuq Trampın planının tələb etdiyi kimi, bütün girovların 72 saat ərzində azad oluna biləcəyinə şübhə ilə yanaşıb.


SON XƏBƏRLƏR

04 Oktyabr 2025