• Bakı 18° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

4 yaşlı qızın ölümünə səbəb olan həkimə hökm oxundu

CƏMİYYƏT

04 Oktyabr 2025 | 22:37

4 yaşlı qızın ölümünə səbəb olan həkimə hökm oxundu

İmişlidə 4 yaşlı qıza iynə vuraraq, ölümünə səbəb olan həkimə hökm oxunub.

Bakıvaxtı.az lent.az-a istinadən bildirir ki, İmişli rayon Məhkəməsində hakim Lətafət Ağakişiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsiləndirilən şəxs, Qaradonlu Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri 68 yaşlı Ümidəli Həsənov (soyad şərtidir) 2 il müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı ona 2 il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma qadağan edilib.

Qeyd edək ki, hadisə bu il martın 2-də rayonun Yalavac kəndində qeydə alınıb. Hərarəti qalxan 4 yaşlı Nurgül Qarayevaya kənd tibb məntəqəsində heç bir sınaq qoyulmadan "Seftriaksion" antibiotik iynəsi vurulub. Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi açılıb.

Xatırladaq ki, Ümüdəli Həsənov 2012-ci ildən 2022-ci ilədək İmişli rayon Mərkəzi Xəstəxanasının Qaradonlu kənd xəstəxanasında baş həkim vəzifəsində çalışıb.


SON XƏBƏRLƏR

04 Oktyabr 2025