Gələn il üçün özəl sektorda çalışanların icbari tibbi sığorta haqqını ödəmə qaydasına dəyişiklik edilir.
Bakıvaxtı.az xəbər verir ki, bu, "Tibbi sığorta haqqında" Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə - sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0.5% sığorta haqqı tutulacaq.
Həmçinin sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0.5% sığorta haqqı tutulacaq.
Qeyd edək ki, hazırda qüvvədə olan qaydaya görə, sığortaolunan və sığortaedənin hər biri üçün əməkhaqqı 8000 manatadək olduqda sığortahaqqı 2%, əməkhaqqı 8000 manatdan çox olduqda isə 0.5% sığortahaqqı tutulur.
Bakı 


