• Bakı 10° C

    7.99 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Baş Prokurorluqdan XƏBƏRDARLIQ

CƏMİYYƏT

03 Dekabr 2025 | 17:00

Baş Prokurorluqdan XƏBƏRDARLIQ

Baş Prokurorluğun vətəndaşların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilməsi ilə bağlı müraciətində vətəndaşların şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməməsi bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, müraciətdə Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirildiyi qeyd olunub.

Vurğulanıb ki, həmin yalançı sahibkarlıq subyektlərindən istifadə etməklə törədilmiş əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurulub:

"Belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər".


SON XƏBƏRLƏR