• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Bu tibb mərkəzi barəsində protokol tərtib edilib - RƏSMİ

CƏMİYYƏT

03 Dekabr 2025 | 17:17

Bu tibb mərkəzi barəsində protokol tərtib edilib - RƏSMİ

Sertifikasiya şəhadətnaməsi olmadan “stomatoloji” praktik tibb fəaliyyəti ilə məşğul olan şəxs və sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılmasına görə Aristokrat Tibb Mərkəzi barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən aidiyyəti özəl tibb müəssisəsində 02 dekabr 2025-ci il tarixində plandankənar yoxlama keçirilib:

"Xidməti yoxlama zamanı aşkar edilən nöqsanlar rəsmiləşdirilib, aşağıdakı hüquqi və fiziki şəxslə barəsində inzibati tənbeh tədbiri seçilib.

- Araz Məmmədzadə, Kənan Həsənov, Elşən Əsgərovun sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılmasına görə, hüquqi şəxs kimi Aristokrat Tibb Mərkəzi MMC-yə inzibati xətalar məcəlləsinin 215.4 maddəsi ilə;

- sertifikasiya şəhadətnaməsi olmadan “stomatoloji” praktik tibb fəaliyyəti ilə məşğul olan fiziki şəxsə Araz Məmmədzadəyə inzibati xətalar məcəlləsinin 215.1 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Tərtib olunmuş protokollar yoxlama materialları ilə birlikdə növbəti icraata göndərilib.

Əlavə olaraq bildirilir ki, Sadiq Şükürov və İmaməli Abbasovun, eləcə də Roza adlı şəxsin adına aidiyyəti müəssisənin rəhbərliyi tərəfindən təqdim edilmiş işçi heyətin rəsmi siyahısına əsasən rast gəlinməyib, uyğun olaraq da stomatoloji otaqlara baxış keçirilən zamanı yuxarıda adları qeyd edilən şəxslərin yoxlama müddətində praktik tibb fəaliyyətləri ilə məşğul olmaları müşahidə edilməyib".

Qeyd edək ki, Aristokrat Tibb Mərkəzində Sadiq Şükürov, Araz Məmmədzadə, Kənan Həsənov, Elşən Əsgərov, İmaməli Abbasov və Roza adlı şəxslərin müvafiq ixtisas və sənədləri olmadan həkim-stomatoloq kimi fəaliyyət göstərdikləri iddiaları yayılmışdı.


SON XƏBƏRLƏR